7 iyun 2024-cü il tarixində Avstriyanın Azərbaycandakı səfirliyi və “Uşaqların Sağlam Gələcəyi” İctimai Birliyi “Arzular səyahəti” sərgisini təşkil etmişdir. Tədbirdə Mehriban Qəmbərovanın rəsmləri və İbrahim Niftullayevin foto işləri nümayiş olunub.
Sərgi sağlamlıq məhdudiyyətli uşaqların cəmiyyətə daxil olmağını (sosial inklüzivliyini) dəstəkləmək, onların yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək, unikal istedad və bacarıqlarını nümayiş etdirmək məqsədi daşıyır.
            X