Tədbirlər və xəbərlər

USG mərkəzində xüsusi qayğıya ehtiyacı olan yeniyetmələr üçün Yeni İl bayramı keçirildi. 🎉Bayram tədbiri sehrli bir atmosferdə baş tutdu: uşaqlar şən əhval-ruhiyyə ilə dolu bir gün keçirdilər, rəqs etdilər və gözəl hədiyyələr 🎁.aldılar. Mərkəzin psixoloqu Ruhiyyə xanım uşaqları təbrik edərək onlara xoş arzularını çatdırdı. Uşaqlar öz növbəsində Mərkəzdəki yaşamları və burada göstərilən diqqətə görə minnətdarlıqlarını ifadə etdilər. Onlar təhsil və müəllimlərin göstərdiyi gözəl yanaşmadan razı qaldıqlarını, Mərkəzdə qalmaqla həyatlarında böyük dəyişikliklər etdiklərini, özlərini tapdıqlarını və yeni nailiyyətlər qazandıqlarını bildirdilər. Bu xüsusi tədbir, həm də onların həyatına daha çox sevinc və ruh yüksəkliyi gətirdi. 🌟

Yeniyetmələr üçün Yeni İl tədbiri
Yeniyetmələr üçün Yeni İl tədbiri