Mütəxəssislərimiz

Rəna Fərruxova

Rəna Fərruxova

Doktor Rəna Fərruxova pediatriya sahəsində 30 ildən artıq təcrübəyə malik həkimdir. Azərbaycan Tibb Universitetinin pediatriya fakültəsini fərqlənmə diplomu ilə bitirib və Bakı Uşaq Bərpa Mərkəzində pediatr kimi əmək fəaliyyətinə başlayıb. Hazırda “Uşaqların Sağlam Gələcəyi” İctimai Birliyində pediatr vəzifəsində işləyir.

Doktor Fərruxova UNICEF və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə birgə həyata keçirilən çoxsaylı proqramlarda iştirak etmişdir. O, müxtəlif regionlarda yeniyetmələrin sağlamlığı, kəskin respirator xəstəliklər və digər vacib mövzularda təlimlər keçirmişdir. Yerli və beynəlxalq təlimlər vasitəsilə əldə etdiyi böyük təcrübə onun müalicə prosesinə elmi yanaşmasını mühüm dərəcədə zənginləşdirib.

Təhsil və sertifikatlar:

-Azərbaycan Tibb Universiteti, pediatriya fakültəsi (fərqlənmə ilə)

- Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə İnstitutu – pediatriya üzrə ixtisaslaşdırılmış kurslar

-UNICEF və Səhiyyə Nazirliyi – "Yeniyetmələrin sağlamlığı" və "Uşaq qidaları" kursları

-Dillər: azərbaycan dili (mükəmməl), rus dili (mükəmməl), ingilis dili (yaxşı)